Mançini Avstraliya millisini çalışdıra bilər

Mançini Avstraliya millisini çalışdıra bilər
"Zenit"in baş məşqçisi Roberto Mançini haqda yeni iddia yayılıb. 

Sport7.az xəbər verir ki, adı İtaliya millisinə keçiddə hallanan mütəxəssis Avstraliya Futbol Federasiyasının da siyahısına düşüb.

Bu barədə "Goal" Mançinin təmsilçiləri ilə çalışan "AFS Sports Management" şirkətinə istinadən  məlumat yayıb. 

Qeyd edək ki, Avstraliya millisinin baş məşqçisi olmağa namizədlər sırasında Marselo Byelsa, Lui van Qal, Luis Felipe Skolari və Sven-Yoran Eriksson da var. 
 
Sport7.az

Xəbər lenti