Mançini Bakı səfəri öncəsi 3 transfer istədi

Mançini Bakı səfəri öncəsi 3 transfer istədi

"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "İnter” indidən transfer çalışmalarına başlayıb. Sport7.az saytının məlumatına görə, Milan klubunun yeni baş məşqçisi Roberto Mançini rəhbərliklə görüşərək, 3 futbolçunun transfer edilməsini istəyib.
 
Mançininin siyahısında olan futbolçular heç də yad simalar deyil.
 
Belə ki, o, sabiq komandası "Mançester Siti”nin oyunçularına "göz dikib”. İtaliyalı mütəxəssis konkret olaraq, müdafiəçilər Mateo Nastasiç, Aleksandr Kolarov və yarımmüdafiəçi Ceyms Milnerin yenidən xidmətində maraqlıdı. Vaxt itirmədən danışığa başlayan ingilislər hər 3 oyunçunu yanvarda icarəyə götürmək niyyətindədi.
 
Qeyd edək ki, "İnter” Avropa Liqasının qrup mərhələsinin son oyununu dekabrın 11-də Bakıda "Qarabağ”a qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR