Mançinidən İtaliya millisi ilə bağlı AÇIQLAMA

Mançinidən İtaliya millisi ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Zenit"in baş məşqçisi Roberto Mançini İtaliya millisinə baş məşqçi olmağa namizədlər sırasındadır. 
 
Sport7.az xəbər verir ki, təcrübəli mütəxəssis yayılan iddiala aydınlıq gətirib. 
 
O, "Gazzetta dello Sport"a müsahibəsində "Futbolçu olaraq olduğu kimi, baş məşqçi da olaraq dünya çempionu olmaq arzumdur. 40 ildir hər gün meydanda işləyirəm. Mən cavanam. Millidə işdən sonra kluba qayıda bilərəm. 
 
Mənə böyük klublarda işləmək və qalib olmaq nəsib olub. Milliyə başçılıq etmək əla fürsətdir. Bu şərəf olardı. Dünya və ya Avropa çempionatının qalibi olmaq istərdim", deyə bildirib. 
 
Sport7.az
 

Xəbər lenti