İtaliya millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə oynanılan matçdan 3:0 hesabı ilə qalib ayrılıb.
Beləliklə, İtaliya yığması tarixində ilk dəfə ardıcıl 10 oyundan qalib ayrılıb. Roberto Mançininin yetirmələri Vittorio Potsonun komandasına məxsus 9 görüşlük rekordu (1938-ci il) yeniləyiblər.
Qeyd edək ki, İtaliya artıq Avropa çempionatına vəsiqəni təmin edib.
Sport7.az