Mane Superkubokda

Mane Superkubokda "Liverpul"a kömək edə bilməyəcək

Sadio Mane İngiltərə Superkuboku çərçivəsində "Liverpul"un "Mançester Siti" ilə oynayacağı matçda meydana çıxa bilməyəcək.

Seneqal millisinin heyətində Afrika Millətlər Kubokunun finalına kimi irəliləyən 27 yaşlı futbolçu məzuniyyətə yollanıb. Bu barədə "Liverpul"un baş məşqçisi Yurqen Klopp məlumat verib:

"Mane yaxşı formadadı. Hazırda o, məzuniyyətdədi, ancaq məzuniyyət uzun müddət davam etməyəcək. Mane "Mançester Siti" ilə görüşdən sonra - 5 avqustda komandanın düşərgəsinə qayıdacaq. Yəni onun iki həftə vaxtı var".

"Liverpul" - "Mançester Siti" görüşü avqustun 4-də keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR