Maradona Belarus klubuna rəhbərlik edə bilər

Maradona Belarus klubuna rəhbərlik edə bilər
Argentina millisinin sabiq baş məşqçisi Dieqo Maradona karyerasını Belarusda davam etdirə bilər.

Sport7.az xəbər verir ki, argentinalı mütəxəssis "Dinamo”nu (Brest) çalışdıra bilər. 
 
Xəbərə görə, Maradonanın meneceri Matias Morla mayın 15-də Dubayda sözügedən klubun prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Al-Fudceyra” klubunu çalışdırıb.
 
Sport7.az

Xəbər lenti