Maradona "Dinamo"da sədr vəzifəsində

Maradona
Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinə sədr seçilib.

Sport7.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

O, "Dinamo"nun strateji inkişaf məsələləri, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq.
 
Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Maradonanın iş yeri BƏƏ-nin "Əl-Fucayra" klubu olub. 
 
Sport7.az

Xəbər lenti