Maradona işsiz qala bilər

Maradona işsiz qala bilər

La Plata "Ximnasiya"sının baş məşqçisi Dieqo Maradona postunu tərk edə bilər.

Qabriel Pelleqrinonun növbəti prezident seçkilərində iştirak etmək istəməməsi səbəbindən Maradonanın klubu tərk ehtimalı yaranıb. Bu barədə "TNT Sports" məlumat yayıb.

59 yaşlı mütəxəssis Pelleqrinonu dəstəkləyir. Maradona əvvəlki açıqlamalarının birində hazırkı prezidentin gedişindən sonra klubdan ayrılacağını qeyd etmişdi.

13 turdan sonra aktivində 10 xal olan "Ximnasiya" hazırda Argentina çempionatında 22-ci sırada qərarlaşıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR