Maradona itkin düşüb

Maradona itkin düşüb

Argentinalı futbol əfsanəsi Dieqo Maradona itkin düşüb.

Sport7.az xəbər verir ki, Maradona baş məşqçisi olduğu "Doradosa”nın hazırlıqlarını qatılmır. Bu hal artıq bir-neçə gündür ki, davam edir.

Dekabrın 26-da Maradona Meksika klubunun yeni mövsümə hazırlıqlarına rəhbərlik etməli idi. Futbolçular və texniki işçilər bir araya gəlsələr də, Maradona hələ də işinin başına dönməyib. Onun klub rəhbərliyinin transfer bazarındakı passivliyindən narazı olduğu deyilir. Ehtimal olunur ki, Maradona rəhbərlikdən küsüb.

Onun "Doradosa” ilə müqaviləsi 2019-cu ilin mayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Maradona buna qədər qısa müddət Belarusiyanın "Dinamo” Brest klubunda da çalışıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR