Maradona maaşının kəsilməsini istədi

Maradona maaşının kəsilməsini istədi

Argentina klubu "Gimanaziya"nı çalışdıran Maradona maaşının kəsilməsini istəyib.
 
Sport7.az xəbər verir ki, dünya futbolunun əfsanəsi bu addımı klubun maliyyə baxımından problem yaşamaması üçün atıb. Klub prezidenti Qabriel Pelleqrino yerli mətbuata açıqlamasında "Maradona ilə fikir mübadiləsi apardıq, o maaşının kəsilməsini tələb etdi" ifadələrini işlədib. 
 
Pelleqrini Maradona ilə müqavilə müddətinin avqust ayında bitəcəyini, anacaq buna əhəmiyyət vermədiklərini və əfsanə ilə yola davam edəcəklərini də söyləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR