Maradonanın qazancı müəyyənləşdi

Maradonanın qazancı müəyyənləşdi
Bu yaxınlarda Meksika təmsilçisi "Dorados de Sinaloa"nın "sükanı" arxasına keçən əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın yeni klubundakı qazancı müəyyənləşib.

Sport7.az xəbər verir ki, veteran futbolçu 11 ay ərzində 1,7 milyon avro qazanacaq. Klub Meksikanın birinci divizionuna çıxsa, 57 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq.

Hazırda klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yerdə qərarlaşıb.

Maradonanın məşqçi kimi son iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub.  
 
Sport7.az

Xəbər lenti