Maraqlı: "Dron" sayəsində qələbə qazandılar - FOTO

Maraqlı:
İngiltərənin 2-ci liqasında baş tutan "Yeovil" - "Krouli Taun" matçında maraqlı olay yaşanıb.
 
Sport7.az xəbər verir ki, hesabda önə keçən "Yeovil" ilk hissədə iki qırmızı vərəqə səbəbindən 9 nəfərlə oynamaq məcburiyyətində qalıb. Sabiq və məşhur avstraliyalı futbolçu Harri Kevilin baş məşqçisi olduğu "Krouli Taun" fasiləyə qədər bərabərliyi təmin etsə də iki nəfər azlıqda oynayan rəqibini məğlub etməkdə çətinlik çəkirdi. 
 
Matçın 80-ci dəqiqəsində stadionun üzərində "dron" görünüb. Bu səbəbdən baş hakim Bret Haksteybl təhlükəsizlik məqsədilə matçı dayandıraraq futbolçuları paltardəyişmə otağına göndərib. Təxminən 11 dəqiqəlik fasilədən sonra "dron" göndərilib və oyun bərpa olunub. Oyun başlayan kimi "Krouli Taun" 90-cı dəqiqədə vurduğu qolla qələbə qazanıb.  
 
Qarşılaşmadan sonra "Yeovil"in çalışdırıcısı Darren Uey "Bir təlxəyin uçurduğu "dron" sayəsində toparlanmaq fürsəti tapdı" sözlərini işlədib. Kevil isə "İlk dəfə başıma belə bir şey gəldi. "Dron" lehimizə çalışdı. Uşaqları toplayıb "Nə edirsiz? Planımız beləmi idi?" dedim və nə etmək lazım olduğunu yenidən anlatdım. Meydana döndülər və qalan müddətdə yaxaladıqları iki imkandan birini dəyərləndirib qələbə qazandılar" söyləyib.
 
 
Sport7.az

Xəbər lenti