Marinos Ozonidis: "Hər iki oyunda rəqibdən üstün idik"

Marinos Ozonidis:
"Qəbələ" ilə oyundan sonra yunanların baş məşqçisi Marinos Ozonidisin mətbuat konfransı keçirilib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:
 
"Növbəti mərhələyə ən yaxşı komanda keçdi. Hər iki oyunda rəqibdən üstün idik. Fikrimcə hər iki oyunda yaxşı çıxış etdik. Bu meydançada oynamaq heç də asan deyil. Oyuna kökləndik, amma qol epizodlarını qaçırdıq. Əks halda daha asan ola bilərdi. Futbolda hər zaman belədi. Qol vurmasan, buraxırsan. Sakitliyimizi sonadək saxladıq. Bununla yanaşı 2 qol vurduq və 3-cüyə də yaxın idik. Ümumilikdə komandamdanrazıyam. "Qəbələ" asan rəqib deyil. Lakin zəif oynamalarının səbəbi biz idik. Təkcə öz meydanımızda deyil, səfərdə də qələbə qazanmağı bacarmalıyıq. Hansı ki, "Panatinaikos" buna hazır deyil. Göstərdikləri cəhdə və qələbəyə görə təbrik edirəm. Qarşıda hələ bir müdət vaxt var ki, səhvlərin üzərində işləyək. Yenilər də uyğunlaşa bilsinlər və güclü komandaya çevrilək".
 
- İtirilən epizodlar oldu, avtoqola reaksiyanız necə oldu?
 
- Futbolda qol vurmasan buraxarsan. Yenə də razıyam. Futbolçular sakitliklərini qorudu. Diktə edən tərəf biz idik və haqq yerini tapdı.
 
- Eyni tərəfdə iki futbolçu oynatmağınızın səbəbi nə idi? Barayanı meydana niyə buraxmışdız?
 
- Dəyişikliyin səbəbi "Qəbələ"nin sağ cinah müdafiəçisinin yaxşı oynaması idi. Öncədən planlaşdırmamışdıq. Brayan sürətli olduğu üçün onu meydana buraxdıq.
 
- Meydança amilini qabartdız. Konkret nəzərdə tutduğunuz nə idi?
 
- Meydançanın heç bir problemi yoxdu. Sadəcə səfər oyunu olduğunu nəzərdə tutmuşdum.
 
Sport7.az

Xəbər lenti