Marqarita Əzizova:

Marqarita Əzizova: "Təcrübəsizlik nəticəsində məğlub olduq"

Voleybol yığmamızın üzvü Marqarita Əzizova qarşıdakı oyunla bağlı fikirlərini bildirib.
 
Sport7.az xəbər verri ki, voleybolçu xanım bu sözləri söyləyib: "İlk oyuna fiziki və psixoloji olaraq hazır idik. Sona kimi mübarizə aparmaq və qalib gəlmək üçün əlimizdən gələni etdik. Düzdür ilk hissədə öz səhvlərimiz çox oldu və buna görə məğlub olduq. Sonrakı hissələrdə isə toparlandıq və gözəl komanda oyunu nümayiş etdirdik. Mənim fikrimcə sonda oyunçularımızın təcrübəsizliyi nəticəsində məğlub olduq. Növbəti oyunumuz İspaniya millisi ilə olacaq. Doğma vətənimizdə rəqibimizi qarşılayacağıq. Oyun üçün son məşqlərimizi keçiririk. Qələbə üçün meydançaya çıxacağıq. Bütün komanda yoldaşlarıma uğurlar arzu edirəm"
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR