Marrey

Marrey "Australian Open"də iştirak edəcək, Klaystersə "wild card" verilə bilər

ATP reytinqinin sabiq "bir nömrə"si Endi Marrey 2020-ci ildə keçiriləcək "Australian Open" turnirinə qorunan reytinqin ikincisi kimi qatılacaq.

Bu il Marrey ombasındakı xroniki problemlər səbəbindən Avstraliyada korta çıxa bilməmişdi. Daha sonra əməliyyat olunan britaniyalı tennisçinin idmana qayıdışı uğurlu alınmışdı.

2011-ci ildə "Australian Open"in qalibi olan, tennis karyerasını yenidən bərpa edən Kim Klaystersin də turnirdə iştirak edə biləcəyi məlum olub. Təşkilatçılar belçikalı raketka ustasına "wild card" verməyə hazırdılar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR