Marselo Zidana görə

Marselo Zidana görə "Real"da qalmaq qərarına gəlib

"Real"ın müdafiəçisi Marselo komandanı tərk etməyəcək.

"A Bola Brasil"in məlumatına görə, Zinədin Zidanın komandaya qayıtması Marselonu razı salıb və o, fikrindən daşınıb. Fransız mütəxəssisin rəhbərlik qarşısındakı tələblərindən biri braziliyalı futbolçunun komandada qalması ilə bağlıdı.

Zidanın bu həftə 30 yaşlı oyunçu ilə görüşəcəyi gözlənilir.

Daha öncə Marselonun "Yuventus"la anlaşdığı barədə xəbərlər yayılmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR