Lautaro Martines "İnter"də qalmağa razılıq verib.
Sport7.az xəbər verir ki, Avropa nəhənglərinin hədəfində olan hücumçu yaxın günlərdə yeni müqavilə imzalayacaq. Anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Argentinalı futbolçu bu müqaviləyə əsasən ildə bonuslarsız 5 milyon avro qazanacaq.
Lautaro 2018-ci ilin yayında Argentina klubu "Rasinq”dən 25 milyon avroya transfer olunub.
Sport7.az