Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib

Masallıda şahmat üzrə rayon birinciliyi keçirilib

28 fevral-02 mart 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə  Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Vətən uğrunda"  onlayn gənclər (oğlan və qızlar) arasında Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

Yarışın yekun nəticəsinə əsasən qızlar arasında birinci yerə Quliyeva Zeynəb Ruhil qızı, ikinci yerə Sadiqzadə Səma Kənan qızı, üçüncü yerə isə Ağacanova Lalə Rauf qızı layiq görüldülər.

Oğlanlar arasında isə birinci yerə Əkbərov Nurlan Nazim oğlu, ikinci yerə Ağacanov Fuad Rauf oğlu, üçüncü yerə isə Paşayev Səfa Vəfalı oğlu layiq görüldülər.

Birincilikdə qalib gəlmiş şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldılar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR