Mata ilk peşəkar klubuna qayıdır

Mata ilk peşəkar klubuna qayıdır

"Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata vətəni İspaniyaya qayıtmağa hazırlaşır.
    
Sport7.az xəbər verir ki, 33 yaşlı orta sahə oyunçusu yenidən "Valensiya”nın formasını geyinməyə yaxındır. "Qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan Mata yeni sözləşməyə razılıq vermir. İspaniya millisinin üzvü ilk peşəkar komandası olan "Valensiya”da oynamağa maraqlıdır. "Yarasalar” da maliyyə problemi səbəbindən onu yayda azad agent kimi heyətə cəlb etməyi planlaşdırır.

Mata 2007-2011-ci illərdə "Valensiya”nın formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR