Matias Hoqmo:

Matias Hoqmo: "Qrupda 3 qələbə qazanmışıq və bu bizə Fransaya getmək üçün şərait yaradır"

AÇ-2016-nın seçmə mərhələsində milli komandamız Norveç yığması ilə qarşılaşıb.
 
Sport7.az xəbər verir ki, görüşdə 1:0 hesabı ilə qonaqlar qələbə qazanıb. Norveç millsinin baş məşqçisi Matias Hoqmo oyunla bğlı fikirlərini bildirib:
 
"Komanda taktiki cəhətdən yaxşı oynadı. Bir-iki qol şanslmız oldu ki, onlardan birini istifadə edib qələbə qazandıq. Biz motivasiyası böyük olan komandaya qarşı mübarizə apardıq. Çünki yeni baş məşqçinin gəlməsi onların motivasiyasında rol oynadı. Stadionun durumu pis idi. Çalışdıq ki, sadə oynayıb, çox problem yaşamayaq.
 
Bolqarıstana qarşı Azərbaycan yaxşı oynamışdı. Bu gün də yığmanız eyni oyunu göstərdi. Çox çətin rəqib idi. Sevinirik ki, onları Bakıda məğlub edə bildik. Qrupda 3 qələbə qazanmışıq və bu bizə Fransaya getmək üçün şərait yaradır. Bəzi zədəli futbolçularımız qayıdandan sonra hər şey lap yaxşı olacaq”.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR