Matsarri gedir

Matsarri gedir
İngiltərənin "Uotford” klubu baş məşqçisi Valter Matsarrini mövsümün sonunda komandadan yollayacaq. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Ötən ilin ayında "Uotford”un sükanı arxasına gələn italiyalı mütəxəssis rəhbərliyi altında komanda cari mövsümdə Premyer Liqada uğursuz çıxış edib. 

Son 5 oyunda məğlub olan komanda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Bundan sonra klub rəhbərliyi Matsarri ilə yolları ayırmaq qərarına gəlib. 
 
Sport7.az

Xəbər lenti