Mauritsio Sarrinin yeni klubu rəsmən açıqlandı

Mauritsio Sarrinin yeni klubu rəsmən açıqlandı

Avroliqada "Çelsi"ni çempion edəndən sonra klubdan ayrılan Mauritsio Sarrinin yeni klubu açıqlanıb. 
 
Sport7.az xəbər verir ki, mütəxəssis yenidən İtaliyaya qayıdıb. Ancaq o, bu dəfə "Yuventus"u çalışdırmaq üçün vətəninə yollanıb. Turin klubu italiyalı mütəxəssislə 3 illik müqavilə imzalayıb.

"Yuventus"un ötən ilin yayından "Çelsi"ni çalışdıran Sarri üçün London klubuna 5 milyon avro təzminat ödəyəcəyi iddia olunur. O, bu vəzifədə Massimiliano Alleqrini əvəzləyib.

Sarri ötən ay Bakıda Avropa Liqasının qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR