Maykadakı nömrəsinə görə klubu cəzalandı

Maykadakı nömrəsinə görə klubu cəzalandı

AFFA-nın İntizam Komitəsi növbəti iclasını keçirib.
 
Sport7.az xəbər verir ki, iclasın Birinci Divizionun 6-cı turuna həsr olunmuş hissəsində aşağıdakı qərarlar qəbul edilib. 
 
01 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Qarabağ-2” – "Neftçi-2” matçında "Qarabağ-2” klubunun 4, "Neftçi-2” klubunun 6 futbolçusunun sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub (maddə 39).
 
03 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Keşlə-2” – "Turan Tovuz” matçında "Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 39).
Oyunun 58-ci dəqiqəsində "Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunub (maddə 38.1).
Oyunun 83-cü dəqiqəsində "Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 47).
 
04 oktyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun VI  turunun "Zaqatala” – "Qaradağ Lökbatan” matçında 90+2-ci dəqiqəsində "Qaradağ Lökbatan” klubunun 90 №-li futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 47).
 "Qaradağ Lökbatan” klubunun heyətində meydançaya daxil olan futbolçunun mayka nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunub (maddə 69.4).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR