Maykl Cordan 100 milyon dollarlıq təklifdən imtina edib

Maykl Cordan 100 milyon dollarlıq təklifdən imtina edib

Maykl Cordan 2017-ci ildə bir markanı 2 saatlıq reklamı üçün 100 milyon dollarlıq reklamı rədd edib.  
 
Sport7.az xəbər verir ki, bu haqda onun meneceri David Falk açıqlama verib. radio kanalına danışan Falk açıqlamasında "Ona 3 il öncə 100 milyon dollarlıq bir müqavilə gətirmişdim. Edəcəyi tək şey 2 satlıq çəkiliş idi. Ancaq bu təklifi rədd etdi. Tanrı onu qorusun. O qədər bacarıqlı idi3ki, istədiyi hər şeyi etmək fürsəti vardı. Ona həqiqətən heyranam. Qatılmaq istədiyi təşkilatçılıqlar və reklamlar mövzusunda çox seçicidi" sözlərini söyləyib. 
 
"Forbes"in açıqlamasına görə "The Last Dance" filmi ilə yenidən gündəmə gələn Cordanın 1,5 milyard funt-sterlinqdən çox sərvəti var. 
 
Falk Cordan ilə yaşadığı bir xatirəni də bölüşüb: "O qolf oynayarkən belə rəqabətçi idi. Qolf oynayarkən 150 min dollar uduzanda ona dərhal "sənin üçün 5 dəqiqəlik bir tədbir hazırladım. Bu pul üçün kifayətdi" dediyimdə mənə gülərdi. 1,5 milyon dollar olsa, etməzdi".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR