Maykl Cordan çinliləri məhkəmədə uddu

Maykl Cordan çinliləri məhkəmədə uddu

Çin Ali Məhkəməsi yerli idman geyim istehsalçısının ticarət markasını qeyri-qanuni istifadə etməsi ilə bağlı işdə Milli Basketbol Assosiasiyasının (NBA) Maykl Cordanın lehinə qərar verib. 

Sport7.az xəbər veirr ki, araşdırmalar 8 il davam edib. Bildirilib ki, "Qiaodan Sports" şirkəti öz məhsullarının istehsalı zamanı Cordan adının çincə tərcüməsindən istifadə edib.  

"Çikaqo Bullz" əfsanəsi və 6 qat NBA çempionunun Çində xeyli sayda pərəstişkarı var. 

2016-cı ildə Cordan bu şirkkətlə mübahisəni qazanıb, lakin indiyə qədər onun ad variantının Çin transkripsiyasında "Qia Dan" kimi istifadəsinə icazə verilib. 

Məhkəmənin qərarına baxmayaraq, Çin firması oyunçu-basketbolçunun "Jumpman" embleminə bənzər idman ayaqqabısı brendi ilə oxşar loqotipindən hələlik yararlana bilər. "Jumpman" Nike şirkətinin "Air Jordan" idman ayaqqabısını tanıtmaq üçün yaradılıb. 

Ali Məhkəmə loqotipin istifadəsi işini yenidən baxılması üçün Çin Dövlət İntellektual Mülkiyyət İdarəsinə yönləndirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR