Maykl Cordan filmdən gələn gəlirini almayacaq

Maykl Cordan filmdən gələn gəlirini almayacaq

Dünyaca məşhur basketbolçu Maykl Cordan özü haqqında lentə alınan 10 seriyadan ibarət "The Last Dance" (Sonuncu rəqs) adlı sənədli filmindən pul almayacaq. 
 
Sport7.az xəbər verir ki, "Forbes" Cordanın bu filimdən qazanacağı 4 milyon dolları xeyriyyə qurumlarına bağışlayacaq. Basketbolsevərlər 2018-ci ildə elan olunan filmin nə vaxt işıq üzü görəcəyini səbirsizliklə gözləyir. 
 
ESPN-in yayımı ilə birlikdə ilk 2 seriya 6,1 milyon tamaşaçı toplayıb. 20 ildi mətbuata verilməyən görüntülərdən ibarət 10 seriyadan ibarət filmdə Barak Obama, Fil Cekson, Skotti Pippen və bir müddət əvvəl vertolyot qəzasında həyatını itirən Kobe Brayant da yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR