Maykl Cordan:

Maykl Cordan: "Kobi Brayant mənim balaca qardaşım idi"

Helikopter qəzasında dünyasını dəyişən Kobi Brayant və qızı Cannanın vida mərasimi keçirilib.

Mərasimdə əfsanəvi basketbolçu Maykl Cordan da çıxış edib:

"Bəlkə də, bu, bəzilərinizi təəccübləndirəcək, amma Kobi və mən yaxın dost idik. Kobi mənim balaca qardaşım idi. Hər kəs aramızdakı bənzərliklərdən bəhs etmək istəyir, amma mən sadəcə Kobi haqda danışmaq niyyətindəyəm.

O, bacarığından maksimum istifadə etmək istəyirdi. Mən isə onun böyük qardaşı olmağı planlaşdırırdım. Bəzən başağrısı olsa da (gülür), mənə necə kömək edəcəyini bilirdi. Kobini həmişə sevəcəyəm.

Yadımdadı, bir neçə ay əvvəl mənə mesaj göndərdi: "Qızıma bir neçə hərəkət öyrətmək istəyirəm, amma o yaşlarda nə etdiyimi xatırlaya bilmirəm. Sən uşaq olanda necə məşq edirdin?" Soruşdum: "Hansı yaşda?" Cavab yazdı: "12 yaş". Mən də dedim: "12 yaşım olanda beysbol oynamağa çalışırdım". Gecə saat 2 idi. Onunla basketbol və həyata dair istənilən mövzudan danışa bilərdik.

Kobi öləndə mənim də bir hissəm öldü. Söz verirəm, bu gündən etibarən, bacardığım qədər kömək etməyə çalışdığım balaca qardaşımın xatirələri ilə yaşamağa davam edəcəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR