Maykl Essyen Bakıya gəlməyəcək!

Maykl Essyen Bakıya gəlməyəcək!

Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, komandalar arasında ilk görüş Bakıda baş tutacaq.

Son Yunanıstan çempionatının gümüş mükafatçısı "Qəbələ" ilə matça bir sıra itkilərlə gələcək. Belə ki, Yannis Anastasiou ilk oyunda mərkəz müdafiçisi Serxio Sançesiz xitmədindən istifadə edə bilməycək. İspaniyalı arxa xətt oyunçusu Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Belçikanın "Brügge" klubuna qaşrı keçirdikləri oyunda qarşılaşmanın baş hakimi tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Birbaşa qırmızı vərəqə alan Sançes "Qəbələ" ilə  "Bakcell Arena"da baş tutacaq ilk matçı buraxmalı olacaq.

Bundan başqa Maykl Essyen də, böyük ehtimalla "qırmızı-qaralarla" ilk oyuna gəlməyəcək. Çünki qanalı futbolçu hazırda formada deyil. Nəzərə alaq ki, "Panatinaikos" ÇL-in III təsnifat mərhələsində çıxış edəndə də Essyenin adını sifariş ərizəsinə daxil etməmişdi. 

Qeyd edək ki, komandalar arasında ilk görüşün avqustun 20-də, cavab matçı isə bundan bir həftə sonra baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR