Mbappe dünyanın ən bahalı futbolçusudu, Ronaldunun adı

Mbappe dünyanın ən bahalı futbolçusudu, Ronaldunun adı "ilk 15-lik"də yoxdu

Futbol bizneslərinin analizi ilə məşğul olan "KPMG Football Benchmark" platforması dünyanın ən bahalı futbolçularının siyahısını hazırlayıb.

"Opta"nın statistiki datalarına əsasən, 12 liqada çıxış edən 5 mindən çox futbolçunun dəyəri müəyyənləşdirilib. Sıralamaya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Neymar ikinci, Lionel Messi isə üçüncüdü. "Yuventus"un forvardı Kriştianu Ronaldunun adı "ilk 15-lik"də yer almayıb:

1. Kilian Mbappe (PSJ) - 225 milyon avro

2. Neymar (PSJ) - 185 milyon avro

3. Lionel Messi ("Barselona") - 180 milyon avro

4. Eden Azar ("Real") - 152 milyon avro

5. Rahim Sterlinq ("Mançester Siti") - 150 milyon avro

6. Məhəmməd Salah ("Liverpul") - 150 milyon avro

7. Harri Keyn ("Tottenhem") - 140 milyon avro

8. Sadio Mane ("Liverpul") - 130 milyon avro

9. Kevin de Bröyne ("Mançester Siti") - 130 milyon avro

10. Antuan Qrizmann ("Barselona") - 125 milyon avro

11. Ceydon Sanço (Dortmund "Borussiya"sı) - 116 milyon avro

12. Pol Poqba ("Mançester Yunayted") - 115 milyon avro

13. Vircil van Deyk ("Liverpul") - 114 milyon avro

14. Frenki de Yonq ("Barselona") - 106 milyon avro

15. Markus Reşford ("Mançester Yunayted") - 100 milyon avro


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR