Mbappe, Keyn, Firmino... -

Mbappe, Keyn, Firmino... - "Barselona" Suaresin əvəzləyicisini axtarır

"Barselona" yaxın gələcəkdə heyətini mərkəz hücumçusu ilə gücləndirmək niyyətindədi.

"El Mundo Deportivo"nun xəbərinə görə, "katalonlar" artıq Luis Suaresin əvəzləyicisinin axtarışına başlayıb. "Barselona"nın ilkin siyahısında Kilian Mbappe (PSJ), Harri Keyn ("Tottenhem"), Markus Reşford ("Mançester Yunayted"), Roberto Firmino ("Liverpul") və Lautaro Martines ("İnter") var.

"9 nömrə" mövqeyinin baş məşqçi Ernesto Valverde üçün çox önəmli olduğu və "Barselona"nın Suaresin performansından asılı olaraq 2020-ci ilin yayında və ya 2021-ci ildə hərəkətə keçəcəyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR