Fransa millisində itki: Mbappe oynamayacaq

Fransa millisində itki: Mbappe oynamayacaq

Fransa millisinin hücumçusu Kilian Mbappe Avro-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya və Türkiyə ilə oynanılacaq matçlarda komandasına kömək edə bilməyəcək.

Mbappe Çempionlar Liqasında "Qalatasaray"la oynanılan görüşün gedişində bud sümüyündəki zədəsini ağırlaşdırıb. Tibbi müayinələr nəticəsində 20 yaşlı futbolçunun vəziyyətinin ciddi olmadığı ortaya çıxsa da, baş məşqçi Didye Deşam riskə getməmək niyyətindədi. Forvard artıq yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Fransa millisinin heyətində Mbappeni Mönhenqladbax "Borussiya"sında çıxış edən Alassan Plea əvəz edəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR