Mbappedən növbəti rekord

Mbappedən növbəti rekord

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Bavariya" Almaniyada Fransa təmsilçisi PSJ-ni qəbul edib.

Sport7.az xəbər verir ki, Münhendə "Alyans Arena"da keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. PSJ-nin heyətində dubl edən Kilian Mbappe Çempionlar Liqasının rekorduna imza atıb. Bu haqda UEFA-nın tvitter səhifəsində xəbər yer alıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

Bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR