Mbodjun qolu tarixə düşdü

Mbodjun qolu tarixə düşdü

Mamadu Mbodjun "Qalatasaray”ın qapısına vurduğu qol Azərbaycan futbolunun tarixinə düşüb.

Sport7.az xəbər verir ki, bu qol Azərbaycan klublarının avrokuboklarda Türkiyə təmsilçilərinin qapısına vurduğu ilk qol olub.

İndiyə qədər Azərbaycan klubları iki dəfə Türkiyə təmsilçilərinə rəqib olmuş, 4 qarşılaşma keçirmişdi. Bu görüşlərin heç birində klublarımız qapı torunu silkələyə bilməmişdi.

1994-cü ildə "Fənərbaxça”ya UEFA kubokunda rəqib olan Tovuzun "Turan” klubu 0:2 və 0:5 hesabıyla uduzmuşdu.

"Kəpəz” "Antalyaspor”la 2000-ci ilin avqustunda eyni turnirdə qarşılaşmışdı. Maraqlıdı ki, Gəncə klubu da eyni hesablarla məğlub olmuşdu.
Mbodjun 46-cı dəqiqədə vurduğu qol bu mənada ilk olub.

Xatırladaq ki, müdafiəçi ikinci hissənin əvvəlində künc zərbəsindən sonra başla fərqlənmişdi. "Neftçi” bu qolla hesabı bərabərləşdirsə də, sonda 1:3 hesabıyla məğlubiyyətlə barışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR