Medvedyev Sinsinnatidə ilk

Medvedyev Sinsinnatidə ilk "Masters"ini qazandı

Sinsinnatidə keçirilən, "Masters" seriyalı turnirə yekun vurulub.

Final görüşündə Daniil Medvedyev və David Qoffan üz-üzə gəlib. Tay-breykə gedən ilk seti rus raketka ustası aktivinə yazdırıb. İkinci setin ilk qeymində breyk edən və servis oyunlarında xal verməyən Medvedyev yekunda rəqibini 2:0 hesabı ilə məğlub edərək çempion olub. Bu, 23 yaşlı tennisçinin ilk "Masters" zəfəridi.

Western and Southern Open (Masters 1000)

Sinsinnati, ABŞ
 
Final

Daniil Medvedyev (Rusiya) - David Qoffan (Belçika) - 2:0 (7:6, 6:4)
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR