Mehdi Petrovu belə yerə sərdi – Anbaan fotolar

Mehdi Petrovu belə yerə sərdi – Anbaan fotolar
"Sumqayıt” – "Neftçi” qarşılaşmasının 77-ci dəqiqəsində maraqlı hadisə yaşandı.

Sport7.az xəbər verir ki, Mamadu Mbodjun bərabərlik qolundan sonra meydan sahiblərinin qapısı qarşısında qarışıqlıq yarandı.

Bərabərlik qolundan bir dəqiqə sonra isə görüşün baş hakimi Rəşad Əhmədov "Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovu meydandan qovdu. Amma görüşü canlı yayımlayan "CBC Sport”un kameraları nəyin baş verdiyini göstərə bilmədi. Belədə azarkeşlər Cənnətovun nə üçün qırmızı vərəqə aldığından xəbərsiz qaldılar.
 
Həmin an nəyin baş verdiyi aydınlaşdırmaq üçün sizə təqdim etdiyimiz fotolara diqqətlə baxmaq kifayətdi. Fotolarda Mehdinin Kirill Petrovu dirsəklə vurması və ukraynalının yerə sərilməsi dəqiqliyi ilə əks olunub.
 

 

 

 

Xəbər lenti