Mehdiyev finalda uduzdu

Mehdiyev finalda uduzdu

Cüdoçumuz Məmmədəli Mehdiyev Bakıda keçirilən "Böyük Dəbilqə" yarışında gümüş medal qazanıb.

Sport7.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı həlledici qarşılaşmada 2017-ci ildə dünya çempionu olmuş Nemanya Maydova uduzub.

Maydov hissənin ortalarında tətbiq etdiyi vaza-ari fəndi ilə qələbəyə nail olub.

Bu, Azərbaycanın "Böyük Dəbilqə"də 5-ci medalı olub.

Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) və Telman Vəliyev (73 kq) bürünc medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR