Məhəmmədrəsul Məcidovdan qızıl medal

Məhəmmədrəsul Məcidovdan qızıl medal
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları başa çatıb.

Sport7.az xəbər verir ki, bu gün keçirilən final döyüşlərində son olaraq rinqə Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov çıxıb.

+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz suriyalı Manaf Asaadla qarşılaşıb. Görüş Məcidovun qələbəsi ilə başa çatıb.

Beləliklə, 7 gün davam edən yarışda Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.
 
Sport7.az

Xəbər lenti