Mehriban Əliyeva yenidən federasiya prezidenti seçildi

Mehriban Əliyeva yenidən federasiya prezidenti seçildi

Dekabrın 24-də Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağı keçirilib. 

Sport7.az xəbər verir ki, gündəlikdə duran əsas məsələlər Federasiyanın prezidentinin və idarə heyətinin tərkibinin yenidən seçilməsi, həmçinin ölkəmizdə gimnastikanın inkişafı istiqamətində gələcək fəaliyyət planının təsdiq olunması olub.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov tədbirdə ötən dövr ərzində görülmüş işlər haqda hesabat məruzəsi ilə çıxış edib. Mehriban Əliyeva yekdilliklə yenindən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Sonra ilk Avropa Oyunlarında, qitə və dünya çempionatlarında fərqlənmiş gimnastlar və məşqçilər xatirə medalları ilə təltif olunub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR