Meksika dünya çempionatında üç idmançı ilə təmsil olunur

Meksika dünya çempionatında üç idmançı ilə təmsil olunur
Meksika Bakıda keçirilən BMX üzrə dünya çempionatında üç idmançı ilə təmsil olunur.

Sport7.az xəbər verir ki, Meksika təmsilçisi Rodriqo Karrio 40-44 yaşlı velosipedçilərin yarışında üçüncü yeri tutub. Digər iştirakçılar Daniel Morales 13, Jonatan Alvarado isə 8 yaşlıların mübarizəsində iştirak edəcəklər.

Velosiped idmanı, o cümlədən "BMX Racing” Meksikada geniş inkişaf edib və bu ölkənin idmançıları beynəlxalq yarışlarda uğurla mübarizə aparırlar. "Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Daniela Kampuzano mayın 6-da Avstriyanın Qraz şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

BMX üzrə dünya çempionatı 1996-cı ildən etibarən hər il keçirilir. Beynəlxalq Velosipedçilər İttifaqının və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən builki çempionatda 43 ölkədən 1500-dək idmançı mübarizəyə qoşulub.
 
Sport7.az

Xəbər lenti