"Məktəblər arasında respublika çempionatı”nın təşkili ilə bağlı seminar

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının ümumi rəhbərliyi ilə keçiriləcək "Məktəblər arasında respublika çempionatı”na hazırlıqla əlaqədar təsdiq edilmiş zonalar üzrə seminarlar keçirilib.
 
Sport7.az xəbər verir ki, seminarların keçirilməsində çempionatın baş hakimlər kollegiyasının üzvləri, idman növləri üzrə baş hakimlər və Azərbaycan Voleybol Federasiyasının nümayəndələri iştirak ediblər.

Təsdiq edilmiş qrafikə əsasən seminarlar, 23 sentyabrdan 01 oktyabr 2019-cu il tarixinə kimi zonalarda, 02 oktyabr tarixində isə Bakıda rayonlar üzrə yerləşən ümumi orta təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri ilə keçirilib.
 
Seminarlarda baş hakimlər kollegiyasının üzvləri tərəfindən seminar iştirakçılarına çempionatın mərhələlər üzrə yüksək səviyyədə hayata keçirilməsinin təşkil edilməsi və sənədləşmə işlərinin hazırlanması ilə əlaqədar müvafiq tövsiyyələr verilib. Eyni zamanda seminar iştirakçılarına çempionatın proqramına daxil olan idman növlərinin keçirilmə qaydaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış metodiki vəsait paylanılıb. Daha sonra Azərbaycan Voleybol Federasiyasının nümayəndələri (İdman şöbəsinin müdiri Elnur Məmmədov, milli komandanın sabiq üzvü, AVF-nin uşaq voleybolu üzrə koordinatoru Yelena Parxomenko və AVF-nin Mətbuat katibi, milli komandanın sabiq üzvü Şəfəq Kərimova) tərəfindən orta təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün hazırlanmış voleybolun inkişafı ilə bağlı təqdimat videosu göstərilmiş, qarşıdakı planlardan danışılmış və seminar iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə izah edilmişdi.
 
2019-2020-ci tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda voleybol idman növü üzrə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin yalnız qızlardan ibarət komandaları (VII və IX siniflərin şagirdləri) iştirak edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR