"Məğlubiyyət komandanı ayıltmalıdı" - Aftandil Hacıyev

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın VIII turunda "Sumqayıt"a evdə 0:2 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb: "İlk növbədə rəqibi tərbik edirəm. Vacib 3 xal qazandılar. Əlbəttə, hücum planında yaxşı epizodları olmuşdu. Ancaq sonluq çatmadı. Nəticədən narazı qalsaq da, hücum planında razı qaldıq. Ancaq müdafiədə səhvlərimz bizim üçün siqnaldı ki, hər dəfə bunlardan qol buraxrıq. Əlbəttə, müdafiəçilərin ani diqqətsizliyindən olur. Sonradan oyunu dəyişməkdə çətinlik çəkdik. Rəqib daha çox qapandı. Komanda şəklində irəli atıldıq və ikinci qolu buraxdıq. Fikrimcə, bu məğlubiyyət komandanı ayıltmalıdı. Xal itkiləri sonda bizə baha başa gələ bilər. "Qarabağ" və "Neftçi"dən başqa qalanları Avropa Liqası uğrunda yarışacaq". 

- Komandanız ilk hissədə niyə belə aqressiv çıxış etmədi?

- İlk hissə daha yaxşı köklənmişdik. 3-4 real qol epizodumuz də oldu. İkinci hissədə çox tez qol buraxdıq, planlarımız dəyişdi. Sistemdə dəyişiklik oldu. Rəqib daha çox müdafiə olunanda, qol vurmaq çətin idi. Əlbəttə, rəqib bizi əks-hücumlarda yaxalayırdı. Həvəsdən düşməməliyik. Xal itkisi limitini başa vurmuşuq. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR