Məmmədyarovlar dünya çempionatına yollanır

Məmmədyarovlar dünya çempionatına yollanır

Rusiyanın Sankt-Petarburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatında iştirak edəcək beş Azərbaycan şahmatçısı müəyyənləşib. 

Sport7.az xəbər verir ki, kişi şahmatçılardan Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun yarışda çıxış edəcəyi artıq dəqiqləşib. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen də "King Salman Word Cup"a qatılacaq.  

Qadınların yarışında isə Azərbaycanı Zeynəb və Türkan Məmmədyarova ilə yanaşı, Günay Məmmədzadə də təmsil edəcək. 

Qeyd edək ki, 25 - 31 dekabrda keçiriləcək dünya çempionatının mükafat fondu 1 milyon dollardır. Yarışda iştirak üçün qeydiyyat dekabrın 22-də başa çatacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR