"Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir".
Sport7.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışarkən deyib.
Qeyd edək ki, Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.
Sport7.az