"Mən yalnız bir yolla istefa edərəm"

"Borussia Dortmund"un baş məşqçisi Yurgen Klopp istefa edəcəyinə aid söyləntilərə münasibət bildirib. Sport7.Az xəbər verir ki, o bildirib:

Komandasının ağır günlər yaşadığını dilə gətirən Klopp "Futbolda hər şey ola bilər. Yalnız qələbə istəyən "Bavariya"ya azarkeşlik etsin" deyib.
"Borussia Dortmund"un baş məşqçisi Yurgen Klopp bu sezon heç olmadığı qədər ağır günlər keçirir.
 
Çempionlar Liqasında qrupdan çıxan, Almaniya Kubokunda isə asanlıqla 3-cü mərhələyə yüksələn "Dortmund" buna baxmayaraq Bundesliqada son pillədə yer alıb.
Bundesliqada istəklərini gerçəkləşdirə bilməyən və son oyunda da Frankfurt səfərində xalsız geri qayıdaraq 8-ci məğlubiyyətini alan "arılar"ın baş məşqçisi Yurgen Klopp komandanı toparlamaq üçün böyük səy göstərir.
 
Yurgen Klopp qonaq olduğu bir verlişdə maraqlı açıqlamalar verib.

Futbolda ancaq gözəl günlərin yaşanmağının mümkün olmadığını bildirən təcrübəli baş məşqçi deyib: "Mən döyüşkən biriyəm və 2012-ci ildən daha yaxşı bir məşqçiyəm. Amma turnir cədvəlinə baxanda təəssüf ki, bu belə görünmür. İstefa edəcək biri də deyiləm. Bir işi görəndə ya tam görərəm, ya da heç o işə başlamaram. Hələki istefa barədə düşünmürəm. Əgər "Hoffenhaym"a 14:0 hesabı ilə uduzsaq o zaman istefa barədə düşünərəm.

Azarkeşlərin komandanı fitə basması barədə danışan Klopp deyib: "Bütün tənqidləri qəbul edirəm, bu adicə bir haldır. Fitə basmaqlarınıda başa düşürəm. Bunlar çox normal bir təəsüratdır. Amma fitə basan insanların özündən soruşmaq lazımdır ki, bu təzyiqlər həmin anda məqsədinə çata bilməyən insanlara kömək edə biləçəkmi? Əgər bu an uğursuzluğumuzu qəbul edə bilməyən varsa və ancaq qələbə istəyirsə o zaman onun tək bir şansı var: "Bavariya"ya azarkeşlik etsin."

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR