“Məndən olsaydı, “Barselona”da qalardım, lakin...”

“Məndən olsaydı, “Barselona”da qalardım, lakin...”

Lionel Messi yetirməsi olduğu və hazırda çıxış etdiyi "Barselona”nı tərk etməsinin mümkünlüyü haqda açıqlama verib.

Sport7.Az xəbər verir ki, Argentina mətbuatına müsahibəsində o, ilk dəfə olaraq, Kataloniya klubundan ayrıla biləcəyinə işarə vurub.

Qeyd edək ki, Messi buna qədər verdiyi bütün müsahibələrdə "Barselona”da xoşbəxt olduğunu və karyerasının sonuna qədər bu komandada çıxış edəcəyini söyləyirdi. Bu dəfə isə o, fərqli fikirlər səsləndirib.

"Bəli, mən demişəm ki, futbolçu karyeramın sonuna qədər "Barselona”da qalmaq istəyirəm. Amma həyatda elə şeylər var ki, hər şey sənin özünün istəyindən asılı olmur. Məndən olsaydı, "Barselona”da qalardım. Lakin indi futbolda o qədər şeylər olur ki, gələcək haqda danışmaqda çətinlik çəkirsən”. 

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR