Ömər Buludov: "Ciddi hazırlıq keçmişdik"

Ömər Buludov:
"Neftçi”nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, "Keşlə” üzərində qələbəyə sevinən gənc futbolçu 3 xalın vacib olduğunu bildirib: "Oyun yaxşı keçdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Çətin olsa da, qələbə qazadıq. 3 xal bizim üçün vacib idi. "Keşlə” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, asan rəqib deyil. Bunu oyun da göstərdi. Buna görə də ciddi hazırlıq keçmişdik. Çox şadam ki, qalib gəldik”.
 
Sport7.az

Xəbər lenti