Məşhur azərbaycanlı idmançı mükafat qazanan kimi karyerasını bitirdi

Məşhur azərbaycanlı idmançı mükafat qazanan kimi karyerasını bitirdi
2016-cı ilin yanvarında karyerasını bitirdiyini elan edən tanınmış azərbaycanlı cüdoçu Kifayət Qasımova İslam Həmrəyliyi Oyunlarına qatıldı və adını mükafatçılar sırasına yazdırdı.

Sport7.az
xəbər verir ki, xanım cüdoçunun bundan sonra güləşməyəcək, karyerasını məhz İslam Həmrəyliyi Oyunlarında iştiraka görə bərpa edibmiş. İddialara görə, Qasımova islam ölkələrini təmsil edən rəqiblər arasında güclü cüdoçunun olmadığını bildiyindən yarışlara qatılmağı qərara alıb.

Bu barədə "Futbol+" qəzeti maraqlı iddiayla çıxış edib. Kifayət Qasımova yarışlara qatılmaqla azı ikinci pilləyə yüksələcəyindən əmin olub və qazanacağı pul mükafatıyla özünə ev almağı hədəfləyib.

Qəzetin sorğusuna cavab olaraq Kifayət xanım bunları deyib:

"Heç vaxt konkret karyeramı bitirəcəyimi deməmişəm. Mükafata görə karyeramı bərpa etdiyim haqda söylənilənlər heç də yaxşı səslənmir. Müsahibələrimin birində demişdim ki, İslamiadadan sonra karyeramla bağlı qərar verəcəm. Yəni bitirmək fikrim var. Dizimdə zədə olduğundan uzun müddət məşq edə bilmirdim, kölgədə qalmışdım.

Düzdü, İslam ölkələrində elə də ciddi rəqiblər yoxdu. Artıq 15-20 ildi güləşirəm. Bütün rəqibləri tanıyıram. Sırf qələbə və medalla karyeramı bitirmək üçün bu yarışa qatıldım. Pul mükafatıyla bağlı xəbərim yox idi, bunu Atletlər Kəndinə yerləşəndən sonra bizə dedilər".

Xatırladaq ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Kifayət Qasımova IV İslam Həmrəyliyi Oyunlarında gümüş medalın sahibi olub.

Sport7.az

Xəbər lenti