Məşhur belçikalının yeni klubu müəyyənləşdi - FOTO

Məşhur belçikalının yeni klubu müəyyənləşdi - FOTO
11 mövsümdü İngiltərə Premyer Liqasında forma geyən Maruan Fellaininin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, belçikalı futbolçu 12 milyon avro qarşılığında çin çempionatının üzvü "Şadonq Lunenq"ə transfer olunub. Təcrübəli futbolçunun adı qış fasiləsində türk klubları ilə də yanaşı çəkilirdi. 
 
Premyer Liqa macərasına "Everton"da başlayan Fellaini, 177 oyunda 33 qola imza atmışdı. Daha sonra "Mançester Yunayted"ə transfer olan belçikalı, meydanda olduğu 177 görüşdə 22 qol vurub və "Qırmızı Şeytanlar"la 4 kubok qazanıb.
 
 

Sport7.az

Xəbər lenti