Məşhur boksçuya 20 gündə 3 dəhşətli xəbər

Məşhur boksçuya 20 gündə 3 dəhşətli xəbər

Tarixin ən yaxşı boksçuları sırasında adı çəkilən, karyerasında məğlubiyyəti olmayan Floyd Meyvezer 20 gün ərzinə aldığı 3 pis xəbərə sarsılıb.
 
Sport7.az xəbər verir ki, idmançının 19 yaşlı qızı İyanna Meyvezer repçi sevgilisi Kentrell de Sean Qaulednin uşağının anası, yəni əvvəlki sevgilisi ilə dava edib. Dava zamanı Lapatta Laşay Yakobsu bıçaqlayan İyanna polis tərəfindən həbs edilib. Bıçaqdladığı xanımın əməliyyat olunmasına və artıq ölüm təhlükəsi qalmamasına baxmayaraq, İyannanın cinayətə təşəbbüs maddəsi ilə məhkəmə qarşısına çıxacağı bildirilib. 
 
Buna qədər isə, martın 11-də Meyvezerin köhnə sevgilisi və üç uşağının anası Cosi Harris Kaliforniyada öz maşınında ölü tapılmışdı. 18 martda isə həm məşqçisi həm də əmisi Rocer Meyvezerin həyarını itirdiyini öyrənmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR