Məşhur Fransa klubunda koronavirusa yoluxma aşkarlandı

Məşhur Fransa klubunda koronavirusa yoluxma aşkarlandı

"Monako"da koronavirusa yoluxma aşkarlanıb.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Belə ki, futbolçulardan birində COVID-19 testinin nəticəsi müsbət olub. Həmin oyunçunun adı açıqlanmır. "Monako"da bildiriblər ki, futbolçunun xəstəliyi simptomsuzdur. O, indi karantində, həkimlərin müşahidəsi altındadır.

"Monako” Fransa çempionatında üç matçdan sonra yarış cədvəlində üçüncü yer tutur. Komandanın aktivində yeddi xal var.

Daha əvvəl "Monako" klubunun baş məşqçisi Niko Kovaçda da koronavirus aşkarlanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR